17 İyul 2019 22:00
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy son günlər sosial şəbəkələrdə geniş yayılan “faceapp” tətbiqi ilə bağlı həmkarlarına meydan oxuyub.

Teleqraf.com xəbər verir ki, FaceappChallenge-ə qoşulan sənətçi İnstaqramda paylaşdığı fotosuna maraqlı qeyd yazıb.

“İnstaqramdakı “qocaltmaq” trendinə üzərində əl gəzdirmədiyim bu fotomla qatılıram. Çünki mənim gəncləşdirmə və qocaltmaq proqramına ehtiyacım yoxdur. Mən yaşsız qadınam”, - deyə Bülənt Ərsoy vurğulayıb.

Müğənninin fotoşəklinə həmkarı Demət Akalın “Afərin, diva” şərhini yazıb.


Müəllif: Leyla

Oxşar xəbərlər