18 İyul 21:59

Əfqanıstanın cənubunda gücül partlayış baş verib.

Teleqraf.com-un məlumatına görə, partlayış Kandaqar şəhərində polis idarəsi qarşısında olub.

Məlumata görə, orada mina qoyulmuş avtomobil partlayıb.

Partlayışdan sonra həmin ərazidən atışma səsləri eşidildiyi bildirilir.

Partlayış nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.


Müəllif: Teleqraf.com