19 İyul 2019 13:50
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ilk dəfə Antarktida hava raket sistemi olan Tor-M2DT model yeni silahını sınaqdan keçirməklə ABŞ və Qərb ölkələrinə göz dağı verib.

Teleqraf.com xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi tərəfindən paylaşılan videoda hərbi avtomobillər və ağır silahların Antarktidada istifadə edildiyi görünür.

Aydın olub ki, rus hərbçilər Tor-M2DT raket sistemlərini “Yeni torpağ”ın cənub sahillərində sınaqdan keçirib.

Fərqli yüksəklikdə uçan dronları hədəfə alan raket sistemləri sınaqdan uğurla çıxıb.

Müdafiə Nazirliyi Antarktidada həyata keçirdiyi sınaqlarla bağlı “Sınaqların burada keçirilməsinin səbəbi bu sistemlərin hər şərtlərdə işlədiyini görməkdir. Fərqli hava şərtlərində raketlər hədəfi vurdu. Hədəflər fərqli yüksəklikdə, bəziləri buludların arxasında idi. Amma bütün hədəflər uğurla məhv edildi”, - Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib.

Tpr-M2DT avtomobilləri “Yeni torpağ”a xüsusi gəmilərlə gətirilib.

Qərb mediası rusların bu həmləsinin arxasında duran iddiaları şərh edib. Qərb mediasına görə, bu şəkildə hərbi cəhdlərin edilməsinin arxasında Rusiya lideri Putinin Antarktida da enerjiyə sahib olmaq məqsədi dayanır.

Xatırladaq ki, Rusiyanın ötən ilin mayında təqdim etdiyi Tor-MDT sistemləri təyyarə, dron və raket kimi hərbi ünsürləri məhv etmək məqsədilə hazırlanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər