11 Sentyabr 2014 10:46
907
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveç bəzi məhbuslarını Hollandiya həbsxanalarına yerləşdirməyi planlaşdırır. Buna səbəb yerli həbsxanaların həddən artıq dolu olmasıdır.

Teleqraf.com-un məlumatına görə, Norveç hökuməti bildirir ki, eyni zamanda həbsxanalarda zəruri düzəliş işləri aparılmalıdır. Ölkə Hollandiyadan həbsxanalarda 300-dək yeri icarəyə götürəcək.

Hollandiya həbsxanalarındakı boş yerləri 2009-cu ildən Belçikaya icarəyə verməyə başlayıb.
Yeni razılaşmaya görə, məhbusları hollandiyalı həbsxana nəzarətçiləri mühafizə edəcək.

Həbslərin sayının aşağı olmasına baxmayaraq Norveç həbsxana yerlərinin qıtlığından əziyyət çəkir.
Norveç başqa ölkələrə nisbətdə məhbuslara daha insani yanaşmasına görə tanınır. Məsələn, qeyri-zorakı səbəblərə görə həbsdə olan məhbuslar açıq həbsxanalarda saxlanılır. Burada onlar hərəkət etməkdə, işləməkdə və istirahət etməkdə azaddırlar ki, diqqətlərini reabilitasiya üzərində cəmləşdirsinlər.

Samir


Müəllif:

Oxşar xəbərlər