Türkiyənin İzmir şəhərində Kiraz mahalında Saçlı və Qarabağ məhəllələrinin sakinləri telefonun şəbəkəsi olmadığı üçün məscidin minarəsinə çıxır.
Teleqraf.com xəbər verir ki, iki məhəllənin ortaq məscidi telefon şəbəkəsi olan yeganə yerdir.
GSM operatorları və rəsmilərə səslənən vətəndaşlar ərazidə baza stansiyalarının az olduğunu deyiblər.
5G-nin gündəmdə olduğu 2019-cu ildə hələ də telefonun şəbəkəsinin olmamasından narazılıqlarını bildiriblər.
Məhəllə sakini Bilal Yağcının sözlərinə görə, məscidin minarəsində belə telefonla rahat danışmaq çətinlik çəkirlər: "Televiziyada 5G-yə keçiləcəyi deyilir. Biz 3G-yə belə razıyıq. Telefon şəbəkəsinin olmadığı bir ərazidə internet bizim üçün xəyaldır. Minarədən başqa telefonda qarşı tərəfin səsini yaxşı eşitdiyimiz yer yoxdur. GSM şirkətləri gəlib araşdırma aparsınlar".