Türkiyədə silah fabrikində yanğın baş verib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, Konyanın Bayşəhər qəsəbəsində ov tüfəngi istehsal edən fabrik yanır.
Dərhal hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım avtomobilləri gəlib. Eyni zamanda yanğını söndürmək üçün Antalya və İzmirdən helikopter istənilib.
Yanğınsöndürənlər və fabrikin rəhbərliyi yanğın çıxan ərazidə qoyulan qazın partlamasından ehtiyat edir. Fabrikdəki işçilər təxliyə edilib, ətrafda olan insanlar uzaqlaşdırılıb.
Hazırda müvafiq qurumlar yanğının söndürülməsinə çalışır .