“Rusiyadan alınan “SU-30SM” çoxfunksiyalı döyüş təyyarələrinin Ermənistana təslim edilməsinə bu ilin sonundan başlayacaq”.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi Artur Davtyan açıqlama verib.
Davtyan 2020-ci ilin əvvəlinədək 4 ədəd qırıcının Ermənistana təhvil veriləcəyini bildirib.
O, İrəvanın ümumilikdə 12 ədəd “SU-30SM” almağı planlaşdırdığını deyib.
Ermənistan və Rusiya sözügedən döyüş təyyarələri ilə bağlı razılaşmanı bu il əldə edib. Rusiya tərəfi Ermənistandan əvvəl bu qırıcıları Azərbaycana təklif etsə də, rəsmi Bakı bundan imtina edib. Buna səbəb kimi “SU-30SM”lərin mövcud coğrafi şərtlərə uyğun gəlmədiyi göstərilib.