Liviyanın paytaxtı Tripolinin cənub-şərqində yerləşən Bəni-Vəlid şəhərində əhali milli ordunun komandanı Xəlifə Haftara qarşı etiraz edib.
Teleqraf.com xəbər verir ki, Xəlifə Haftarın polis qüvvələri dərhal əraziyə gəlib, etirazçılarla qarşıdurma yaşanıb.
Bəni-Vəlid şəhəri strateji əhəmiyyətə malik olduğu üçün buraya Haftarın qüvvələri tərəfindən dəstək verilir.
Bir müddət əvvəl də Liviyanın cənubunda yerləşən Mərzuk şəhərində Haftar əleyhinə etirazlar başlamışdı.