11 Avqust 2019 11:17
1 699
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Müdafiə Nazirliyində “Yasin” və “Balaban” adlı iki yeni “ağıllı” bombanın təqdimatı keçirilib.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində İranın Müdafiə naziri general Əmir Xatəmi də iştirak edib.

O bildirib ki, İran istehsalı olan yeni bombalar 50 kilometrdən də uzaq məsafədəki hədəfi dəqiq vurmaq qabiliyyətinə malikdir.

Nazirin sözləronə görə, İran təhlükəsizliyini təmin etmək istiqamətində bütün zəruri addımları ataraq daha müasir silah-sursat istehsalını davam etdirəcək: "Heç bir dövlət İranın hərbi qüdrəti qarşısında dayana bilməz. Rəsmi Tehran hərbi qüdrətini artmaqla bölgədə sabitliyi təmin etmiş olur".

Mərasimdən sonra yeni bombalar İran ordusunun müvafiq bölməsinə verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər