15 Avqust 2019 15:11
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın sabiq prezidenti Serj Sərkisyanın qardaşı Aleksandr Sərkisyan istintaqa ifadə verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Əlavə edək ki, Aleksandr Sərkisyan vergidən yayınma, fırıldaqçılıq, oğurluq, şantajla ayrı-ayrı şəxslərdən pul tələb etmə, qanunsuz silah saxlamada ittiham olunur.

Bundan başqa, sabiq prezidentin qardaşına rəssam Martiros Saryanın əsərlərini oğurlama və ayrı-ayrı şəxsləri ölümlə təhdid etmə ittihamı da irəli sürülüb.

Bu dəfəki istintaqın Aleksandr Sərkisyanın Ermənistandan getməməsi barədə xəbərdarlıq xarakteri daşıdığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər