Əfqanıstanın şərqində Nəngərhar əyalətində partlayışlar nəticəsində 17 nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Əfqanıstanın müstəqilliyinin 100 illiyinin qeyd edilməsi zamanı olub.
İki gün əvvəl isə toy zamanı Kabulda ən azı 63 insanın həlak olması, 180-dən çoxunun isə yaralanması ilə nəticələn partlayış baş vermişdi.