İsrailin Baş naziri Binyamin Netanyahunun xanımı Kiyevə səfər zamanı təyyarədə qalmaqal yaradıb.
Teleqraf.com xəbər verir ki, Sara Netanyahu laynerin komandirinin təyyarəyə minərkən onu düzgün qarşılamamasından narazı qalıb.
Pilota acıqlanmaq üçün əyləşdiyi yerdən sıçrayaraq pilotun kabinəsinə yaxınlaşsa da, qadının içəri daxil olmasına icazə verilməyib.
Nəticədə komandir Kiyevə enməyə 45 dəqiqə qalmış Netanyahu cütlüyünü salamlayıb.
Xatırladaq ki, İsrailin Baş naziri Binyamin Netanyahunun Ukraynaya səfəri zamanı Prezident Vladimir Zelenski ilə azad ticarət zonasının yaradılmasını müzakirə edəcəyi bildirilirdi.