19 Avqust 2019 14:30
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Venesuela Sosialist Partiyasının liderlərindən biri Diosdado Kabello ilə gizli danışıqlara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Prezidenti Administrasiyasındakı mənbəyə istinadən xəbər verib.

Mənbə qeyd edib ki, tərəflər Venesuela Prezidenti Nikolas Maduronun yaxın adamlarının dövlət başçısını vəzifədən uzaqlaşdırmağa razı olduqları təqdirdə, təhlükəsizlik zəmanətlərini müzakirə edirlər.

Məlumatda qeyd edilib ki, ötən ay paytaxt Karakasda Kabello ABŞ Prezidenti Donald Trampla yaxın əlaqədə olan bir adamla görüş keçirib.

Hazırda ikinci iclas hazırlanır. Bundan əlavə, Venesuelanın digər yüksək vəzifəli rəsmiləri ilə də oxşar danışıqlar aparıldığı əlavə edilib.


Müəllif: Mənsur Rəğbətoğlu