İngiltərənin “Deyli Teleqraf” qəzeti ölkənin Avropa Birliyindən ayrılma prosesinin 10 gün ərzində başlayacağını yazıb.
Teleqraf.com xəbər verir ki, nəşr ingiltərəli rəsmilərin bundan sonra yalnız Avropa Birliyinin vacib iclaslarına qatılacağı qeyd edib.
Qəzet “Brüssel boykotu”nun parlamentin yay tətilindən sonra sentyabrın 1-də başlayacağına diqqət çəkib.
Xatırladaq ki, İngiltərənin Baş naziri Boris Conson bu gün Berlində Almaniya Kansleri Angela Merkellə bir araya gələcək.