21 Avqust 2019 18:12
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail kəşfiyyatı TRT-ərəbcə kanalının əməkdaşı, fələstinli jurnalist Məcdulin Hassuneyi ifadə vermək məqsədilə ofisinə dəvət edib.

Teleqraf.com-un məlumatına görə, jurnalist Qərbi Şeriadakı Havvara kəşfiyyat düşərgəsinə getməzdən öncə açıqlama verib.

Məcdulin Hassuneyi bildirib ki, ifadə verməyə getsə də, həbs edilə, xaricə çıxışına qadağa tətbiq oluna bilər: “Hər şey ola bilər, ancaq mən yaxşı şeylərin olacağına ümid edirəm. İsrail həyatımızı çətinləşdirir, fələstinliləri heç cür rahat buraxmır”.

İstanbulda işləyən Məcdulin Hassuneyi Fələstinə ailə qurmaq üçün gedibmiş.


Müəllif: Cavad

Oxşar xəbərlər