Suriya ordusu İdlib vilayətinə bağlı Xan-Şeyhun rayonuna qonşu Hama ətrafında müxalifətçi silahlıları mühasirəyə alıb. Suriya İnsan Haqları Təşkilatı bəyan edib ki, Morik qəsəbəsində olan Türkiyəyə aid müşahidə məntəqəsinin ətrafı da Bəşər Əsəd ordusunun nəzarəti altındadır.
Teleqraf.com xəbər verir ki, Suriya dövlət televiziyası ordunun bölgədəki bir çox kritik nöqtə və məntəqələri nəzarətə götürdüyünü, illərlə müxalifətin əlində olan ərazilərin rejimin ixtiyarına keçməsinin an məsələsi olduğunu elan edib.