Ukrayna prezidenti əvəzi Aleksandr Turçinov hərbi müdaxilə təhlükəsi ilə bağlı Ukrayna Silahlı Qüvvələrinin tam hazırlıq vəziyyətinə gətirildiyini bəyan edib.
Teleqraf.com-un Ukrayna KİV-ə istinadən xəbərinə görə, bu barədə Turçinov vilayət administrasiya başçıları ilə görüşündə deyib.
"Rusiyanın istənilən an Ukraynaya qarşı müharibə başlaya biləcəyi real təhlükədir. Bizim silahlı qüvvələr tam hazırlıq vəziyyətinə gətirilib”, - Turçinov vurğulayıb.
Onun sözlərinə görə, Ukrayna güc strukturları Donetsk və Luqansk vilayətlərində vəziyyəti nəzarət altına ala bilməyiblər. Bununla əlaqədar Aleksandr Turçinov yaxın zamanlarda ölkənin şərqindəki milis və təhlükəsizlik xidməti rəhbərliyini yeniləməyi təklif edib: "Ölkəyə xəyanət edən və terrorçularla əməkdaşlığa başlayan belə "hüquq-mühafizəçiləri” qanun qarşısında cavab verəcəklər”.
Ülviyyə