12 Sentyabr 2014 22:47
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi və ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını “qəribə” adlandıran prezidentVladimir Putin sanksiyaların hədəfinin Ukraynada sülh prosesinin ola biləcəyini deyib.


Teleqraf.com-un İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edən Putin sanksiyalara cavab addımlarını istisna etməyib.


V.Putin sanksiyaların məhz Ukrayna hakimiyyəti ilə Donbas “özünümüdafiə” qüvvələri arasında əldə olunan Minsk sülh razılaşmasından sonra qəbul olunmasından təəccübləndiyini gizlətməyib.


“Hətta anlamıram, sanksiyalar nə ilə bağlıdır? Bəlkə prosesin sülh ssenarisi üzrə getməsi kiminsə xoşuna gəlmir? Faktiki olaraq sülh prosesinin kəsilməsinə yönəldilən addımlar başlanır. Belə bir fikir yaranır ki, Ukrayna heç kəsi maraqlandırmır, o yalnız beynəlxalq vəziyyətin istiqamətləndirilməsi üçün istifadə olunur. NATO-dan bir hərbi blok kimi deyil, ABŞ xarici siyasətinin əsas aləti kimi, əlaltılarını öz ətrafında birləşdirmək üçün istifadə olunur. Ukrayna yad maraqların girovudur”, - V.Putin dilə gətirib.


Rusiya prezidenti Qərbin ölkələrinin Rusiyanın tək partnyoru olmadığını, alternativlərin olduğunu vurğulayıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər