Avqustun 24-də İordaniyanın cənubunda, turistlər arasında populyar olan Petra şəhərində avtobus naməlum şəxs tərəfindən atəşə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı “Petra” agentliyi İordaniya Təhlükəsizlik İdarəsinin rəsmi nümayəndəsinə istinadla yayıb.
Məlumatda deyilir ki, insident nəticəsində heç kəs zərər çəkməyib. Mənbənin sözlərinə görə, avtobus Petra rayon bələdiyyəsinə məxsusdur.
Hazırda araşdırma aparılır.