26 Avqust 2019 13:10
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanın paytaxtı Beyrutun cənubunda İsrailə aid 2 Pilotsuz Uçuş Aparatı (PUA) vurulub.

Teleqraf.com xəbər verir ki, Livan mediası PUA-ların gecə saat 02:30 radələrində məhv edildiyini yazır.

Məlumata görə dronlardan biri Hizbullah Təşkilatının Muavvad bölgəsindəki mərkəzi yaxınlığında vurulub. Dronlardan biri havada məhv edilib, digəri isə Hizbullahın ofisinin damına düşüb.

Livan prezidenti ölkə paytaxtında İsrail dronlarının peyda olmasını sərt formada tənqid edib.


Müəllif: Cavad