28 Avqust 2019 11:56
692
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ 719 gündür kosmosda fəaliyyət göstərən X37B kosmik gəmisinin hansı xidməti həyata keçirdiyini dünyadan gizlədir.

Teleqraf.com xəbər verir ki, kosmik gəminin hansı yüklə uçduğu, kosmosda hansı iş gördüyü sirr kimi saxlanılır.

Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus olan X-37B adlı kosmonavtsız kosmik gəmisi 719 gün kosmosda qalmaqla rekordu qırıb.

NASA-nın təkrar istifadə edilən bilən komik raketlərin inkişafına dair apardığı araşdırmanın nəticəsində X-37B ABH Hərbi Hava Qüvvələrinin ən gizli kosmik missiyasına çevrilib.

Buna qədər ABŞ Hərbi Hava Qüvvələrinin rəsmiləri bəyan etmişdi ki, X-37B-nin əsas məqsədi ölkənin kosmik gələcəyi üçün təkrar istifadə edilə bilən kosmik texnologiyanın inkişaf etdirmək və yer kürəsindən daşınan, habelə yoxlanıla bilən təcrübələr aparmaqdır.


Müəllif: Cavad

Oxşar xəbərlər