İstanbulda Almaniya Baş konsulluğunun yerləşdiyi inzibati bina yanır.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yanğın Baş konsulluğun çardağından başlayıb. Əməkdaşlar evakuasiya olunub. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən avtomobillər gətirilib.