Avropa öz öhdəliklərini vaxtında yerinə yetirəcəyi təqdirdə, İran Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) çərçivəsində öhdəlikləri azaltmaq üçün üçüncü mərhələni yerinə yetirməkdən imtina edə bilər.
Teleqraf.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.
"Avropalılar cümə axşamınadək lazımi tədbirlər görməsələr, mayın 7-də qəbul edilmiş qərar əsasında bir məktub yazacağıq və üçüncü mərhələnin həyata keçirildiyini elan edəcəyik", - deyə Zərif qeyd edib.
Onun sözlərinə görə, İran heç vaxt danışıqlar masasını tərk etməyib və həmişə BHFP-ni yerinə yetirməyə hazır olduğunu bildirib. Nazir qeyd edib ki, Avropa öz öhdəliklərini yerinə yetirərsə, İran öz öhdəliklərini yerinə yetirməyə davam edəcək.