4 Sentyabr 2019 15:28
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vyana Böyük Britaniyanın “Economist” jurnalı tərəfindən hər il tərtib olunan yaşayış üçün ən rahat şəhərlərin sıralamasında yenə birinci yeri tutub.

Teleqraf.com xəbər verir ki, Vyana ilk dəfə keçən il Avstraliyanın Melburn şəhərini qabaqlayıb.

Melburn 2019-cu ildə də ikinci yeri tutub, baxmayaraq ki, bundan əvvəl uzun illər reytinqin lideri idi. Bu il üçüncü yerdə Yaponiyanın Osaka şəhərini pyedestaldan salan Sidney qərarlaşıb.

Moskva 68-ci yeri qoruyub saxlaya bilib. Bununla belə Moskva beş il ərzində dünyanın bütün şəhərləri arasında yaşayış şəraitinin yaxşılaşdırılmasında ən böyük irəliləyişə nail olan şəhər olub. Belqrad (Serbiya), Hanoy (Vyetnam) və Kiyev (Ukrayna) yaşayış şəraitini əhəmiyyətli dərəcədə yüksəldən şəhərlər sırasındadır.

Keçən il olduğu kimi bu il də son yerləri Dəkkə (Banqladeş) və Laqos (Nigeriya) şəhərləri tutub. Siyahını ekspertlər tərəfindən ən komfortsuz şəhər kimi tanınan Suriyanın paytaxtı Dəməşq bağlayır.


Müəllif: Səxavət

Oxşar xəbərlər