Koreya Xalq Demokratik Respublikası (KXDR) sentyabrın 10-da növbəti dəfə iki raketin sınağını həyata keçirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Raketlərin səhər saatlarında Cənubi Pyonqan vilayətindən şərq istiqamətində buraxıldığı bildirilir.
Hələlik raketlərin növü və buraxılışın detalları barədə ətraflı məlumat yoxdur.