9 yaşlı ingilis qız Deyzi-Mey Demiderin körpə vaxtında keçirtdiyi xəstəlik səbəbiylə iki ayağı kəsilib. Nyu York Moda Həftəsində podiuma çıxan əlil qız iki ayağını kəsik manken olaraq tarixə düşüb.
Teleqraf.com xəbər verir ki, bu ay Paris dəb həftəsində “Lulu et Gigi” markası üçün podiuma çıxacaq qızın atası Aleks övladının qəşəng olduğunu və onunla fəxr etdiyini söyləyib.
Sümüyündə yaranan problem üzündən ayaqları kəsilmiş qız bundan əvvəl 8 yaşında Londonda təşkil edilən Uşaq moda həftəsində podiuma çıxıb.