11 Sentyabr 2019 15:47
2 313
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen Gürcüstan hakimiyyətini Abxaziya və Cənubi Osetiya olmadan alyansa qoşulmağı düşünməyə dəvət edib.

Teleqraf.com xəbər verir ki, Rasmussen rəsmi Tiflisi Rusiyanın nəzarəti altında öz müstəqilliklərini elan edən torpaqlardan imtina etməyə çağırıb.

Rasmussenin bu fikirləri Gürcüstanda müzakirə mövzusuna çevrilib.

Gürcüstanın Strategiya və İdarəetmə İnstitutunun rəhbəri Petr Mamradze NATO-nun keçmiş katibinin dəfələrlə belə fikir səsləndirdiyini bildirib: “Rasmussen baş katib olanda belə bu barədə danışırdı”.

Politoloqun fikrincə, Rasmussen NATO-nun baş katibi postundan getdikdən sonra təşkilatın bu məsələ əlaqədar mövqeyi dəyişib:

“NATO-nun aparıcı ölkələri (ABŞ, İngiltərə, Almaniya, Fransa) arasında heç kim belə bir versiyanı - Gürcüstanı Abxaziya və Cənubi Osetiya olmadan alyansa qəbul etməyi düşünmür. İndi NATO-da tamamilə fərqli yanaşmalar var. Buna görə də Rasmussenin ifadəsi alyansın mövqeyini əks etdirmir”.

Mamradze hesab edir ki, NATO ancaq nəzəri cəhətdən Abxaziya və Cənubi Osetiya olmadan Gürcüstanın alyansa qoşulmasını tələb edə bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər