12 Sentyabr 2019 21:13
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Mahaçqalada UFC çempionu Həbib Nurməhəmmədovla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Dağıstanın başçısı Vladimir Vasilyev və Həbibin atası Əbdülmanap Nurməhəmmədov də iştirak edib.

Rusiya prezidenti Həbibi qələbə münasibətilə təbrik edib. Putin Həbibin atasını Əbdülmanap Nurməhəmmədovu da ürəkdən təbrik etdiyini deyib: "Oğlunuzun qələbəsi münasibətilə sizi təbrik edirəm. Həbibə layiq, güclü döyüş idi".

Qeyd edək ki, Həbib Nurməhəmmədov amerikalı Dastin Puaryeyə qalib gələrək növbəti dəfə çempion titulunu qoruyub.


Müəllif: Teleqraf.com