Türkiyənin Ədirnə şəhərinin Kəşan mahalında məktəblərdən birinin həyətində Cümhuriyyətin qurucusu Mustafa Kamal Atatürkün büstü aşıb.
Teleqraf.com xəbər verir ki, Atatürkün büstünün istifadə olunmayan məktəb binasının həyətində yerdə görənlər dərhal rəsmi şəxslərə müraciət edib.
Xoşagəlməz görüntülər sosial mediada da pislənilib. Bölgə üzrə Təhsil İdarəsi dərhal məktəbə gedib büstü təmir edərək yerinə bərkidib.
Faktla bağlı araşdırmalara başlanılıb.