İsrail kəşfiyyatının 43 əsgəri baş nazir Binyamin Netanyahuya məktub göndərib.
Teleqraf.com-un “Sabah”a istinadən verdiyi xəbərə görə, məktubda İsrailin işğal etdiyi torpaqlarda fələstinlilərlə düzgün davranılmadığı bildirilib.
8200 nömrəli məntəqədə müşahidə, rabitə və məlumatların xüsusi xidmət orqanlarına ötürülməsi ilə məşğul olan əsgərlər bildiriblər ki, şiddətə məruz qalan və qalmayan fələstinlilər arasında fərq qoyulmur:
“Milyonlarla insanın haqlarını tapdalayaraq təmiz bir vicdan içində bu sistemə xidmət etməyə davam edə bilmərik".
Onlar bildirirlər ki, 8200 nömrəli məntəqənin əsas məqsədi Fələstin əhalisini nəzarətdə saxlamaqdır.
Samir
QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.