17 Sentyabr 2019 12:14
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İsraildə parlament seçkiləri keçirilir.

Teleqraf.com xəbər verir ki, seçkinin əsas mübarizəsi hazırkı baş nazir Binyamin Netanyahu və sabiq baş qərargah rəisi Benni Qantz arasında gedir.

Bu il ikinci dəfə keçirilən parlament seçkilərinə 31 partiya qatılıb.

Aprel ayında İsraildə keçirilən parlament seçkilərində Netanyahunun partiyası birinci olsa da, sabiq müdafiə naziri Libermanın hərbi qanunla bağlı israrı səbəbindən koalisiya hökuməti qura bilməyib.

Netanyahu sağ partiyalarla birlikdə koalisiya qurmağa çalışırdı, amma “İsrail Evimizdir” Partiyasının lideri Liberman provaslav yəhudi dini məktəbində oxuyan şagirdlərin hərbi xidmətə getməsini nəzərdə tutan qanunun qəbul edilməyəcəyi tədirdə koalisiyada iştirakdən imtina edib. Beləcə İsrail tarixində ilk dəfə olaraq seçkini udan Netanyahu koalisiya formalaşdıra bilməyib.

Bu səbəbdən də növbədənkənar seçkilər elan olundu.

Hazırda Netanyahunun lideri olduğu Likud Partiyası ilə Benni Qantz liderliyindəki Mavi-Ağ İttifaq baş-başa gedir. Apreldə hər iki partiya parlamentdə 35 mandat qazanmışdı.

Xatırladaq ki, 69 yaşlı Netanyahu və Likud Partiyası bu seçkilərdə qələbə əldə etsə beşinci dəfə hakimiyyətə gələcək.

Bu seçkilərdə əsas fiqur Azərbaycanın dostu kimi təqdim edilən Aviqdor Liberman hesab olunur. Məhz seçkidən sonra onun dəstəkləyəcəyi siyasətçi İsraildə koalisiya hökuməti qurmaq şansı əldə edəcək.


Müəllif: Cavad