25 Sentyabr 2019 23:57
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Şurası maliyyə təşkilatının direktoru vəzifəsinə Kristalina Qeorqiyevanın namizədliyini təsdiq etmək barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə şuranın müşavirəsinin nəticəsinə əsasən yayılmış açıqlamada bildirilir.

"Beynəlxalq Valyuta Fondunun İcraçı Şurası bu gün Kristalina Qeorqiyevanı 2019-cu ilin 1 oktyabrından Beynəlxalq Valyuta Fondunun direktoru və beşillik dövrdə İcraçı Şuranın sədri vəzifəsinə seçib. Bu vəzifədə Kristin Laqardı əvəz etmiş Qeorqiyeva 1944-cü ildən - təşkilatın yarandığı andan BVF tərəfindən bazar iqtisadiyyatının formalaşdırıldığı ölkədən seçilən ilk başçı olacaq", - deyə sənəddə qeyd edilir.

Bolqarıstanda doğulmuş K.Qeorqiyeva fondun rəhbərinin vəzifəsinə yeganə namizəd idi.

Beynəlxalq Valyuta Fondu payızda qurumun direktoru vəzifəsini tutmaq üçün müəyyən edilmiş yaş məhdudiyyətlərini ləğv edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər