16 Sentyabr 2014 09:45
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər səfərindən dönərkən təyyarəsində jurnalistlərin suallarını cavablandırıb.

Ərdoğan Misirin "Müsəlman qardaşları" təşkilatının üzvlərinin Türkiyədən sğınacaq istəməsinə dair suala cavab olaraq bildirib ki, əgər onların belə bir tələbləri olarsa, araşdırılacaq və qərar veriləcək: "Gəlmələrini əngəlləyəcək səbəblər varsa, ayrıca baxılacaq. Bununla bağlı Türkiyə rəsmilərinin Misirdə görüşlər keçirməsi doğru deyil".


Türkiyənin İŞİD-dən neft almasına gəlincə Ərdoğan qeyd edib ki, bu, çirkin, yalan və adicə bir ifadədir. Biz bölgə terrora qarşı mübarizə aparan bir ölkəyik. Terrordan çox əziyyət çəkmişik. Qeyri-rəsmi yollarla gələn nefti məhv edirik. Beş min ton qaçaqmal nefti məhv etdik. Türkiyə bu məsələdə həssasdır. İŞİD ya da petrol qaçaqmalçılığı edən təşkilatlarla əməkdaşlığımız mümkün deyil" .

Ayxan


Müəllif: