ABŞ Konqresi Kəşfiyyat Komissiyasının başçısı Adam Şiff konqresin Prezident Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşlərinin detallarının əldə edilməsinə çalışdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, konqresmen Donald Trampın bu görüşlərdə ABŞ-ın milli təhlükəsizliyini təhdid qarşısında qoyduğunu istisna etməyib.
Şiff Amerika prezidentinin Putin və digər liderlərlə görüşünün ABŞ-ın milli təhlükəsizliyinin təhdid edib-etmədiyinin araşdırıldığını bildirib.
ABŞ mediasında Donald Trampın öz vəzifəsindən sui-istifadə etdiyinə dair məlumat yayılıb. Amerika kəşfiyyatının isə Trampın gələn il yenidən ABŞ prezidenti seçilməsi üçün xaricdə dəstək axtarışına çıxdığına dair məlumat əldə etdiyi bildirilib.
İddiaya görə, prezidentin köməkçiləri Putin və digər liderlərlə görüşünü qeydə alsa da, bunların ələ keçəcəyindən ehtiyat edən Tramp qeydlərin yox edilməsi göstərişini verib.
İddianın ortaya çıxmasından sonra ABŞ prezidenti ilə bağlı impiçment məsələsi yenidən gündəmə gəlib.
Şiff həmin dəlilləri görmək üçün çalışdığını deyib.