30 Sentyabr 2019 16:30
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çin Hərbi Dəniz Donanması İran və Rusiyanın birgə təşkil etdiyi hərbi təlimlərdə iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, Hind okeanında keçiriləcək təlimlərdə məqsəd dəniz quldurlarına qarşı mübarizəni gücləndirməkdir.

Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Çin donanması İran və Rusiyanın birgə keçirdiyi manevrlərdə iştirak edəcək.

Açıqlamada Çin Silahlı Qüvvələrinin dünyanın digər ölkələri ilə əməkdaşlıq etdiyi qeyd olunub.

Bundan əvvəl İran və Rusiya Hind okeanında hərbi təlimlərin keçiriləcəyini elan edib.


Müəllif: Mənsur Rəğbətoğlu