9 Oktyabr 2019 14:15
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ deyəndə sadəcə prezidenti nəzərə almaq olmaz. Pentaqon, Dövlət Departamenti var. Onların fərqli rəyləri olur. Bir il öncə Suriyadan çəkiləcəyini deyən ABŞ hələ də çəkilə, Menbiçdə bizə verdiyi sözləri də bürokratik maneələrə görə həyata keçirə bilmədi. ABŞ seçim qarşısında qalıb. Ya 60 illik müttəfiqi ilə, ya da terror təşkilatı ilə yola gedəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri milli təhlükəsizlik üzrə mütəxəssi İbrahim Keleş Türkiyənin əməliyyat qərarına yaşıl işıq yandırmasını “Birləşmiş Ştatlar bizi tək qoydu” kimi şərh edən YPG/PKK ilə rəsmi Vaşinqtonun əlaqəsini şərh edərkən deyib.

Onun sözlərinə görə, ABŞ PKK ilə əlaqələrini kəsməyib və bir nöqtədə Türkiyə ilə təkbətək qoyub: “Eyni şeyi “Zeytun budağı” hərəkatı zamanı da etmişdi. Onsuz da bir dövlətlə terror təşkilatının əlaqəsi belədir. ABŞ-la əlaqəsi olan terror təşkilatları özlərini dəyərli saymırlar. Onların dəyəri tualet kağızı qədərdir. İş başa çatanda zibil qutusuna atarlar”.

Ekspert vurğulayıb ki, PKK ABŞ-dan öz mənfəəti üçün yararlanmağa çalışır: “ABŞ belə bir cavab verə bilər: Sənə 30 min TIR dolu silah göndərdim, ordu qurmağına şərait yaratdım, pul da verirəm, daha nə istəyirsən? ABŞ PKK-nı tək qoymur. PKK buna rəğmən ABŞ-dan bir şey tələb edirsə, deməli, öz mənfəəti üçün çalışır”.


Müəllif: Nərgiz