10 Oktyabr 2019 17:16
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq, Türkiyədən Suriyada apardığı hərbi əməliyyatları dayandırmağı tələb edib.

Teleqraf.com xəbər verir ki, İran XİN Türkiyə tərəfindən dünən Suriyanın şimalında başlayan hərbi əməliyyatlara reaksiya verib.

Nazirlikdən verilən açıqlamada, Türkiyəyə Suriyadakı hərbi qüvvələrini geri çəkmək və hücumları dərhal dayandırmaq çağırışı edilib.


Müəllif: Mənsur Rəğbətoğlu