13 Oktyabr 2019 21:29
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi hökumət sülhün yanındadır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Venesuelanın Ankaradakı səfiri Xose Braço Reyes Türkiyənin Suriyada keçirdiyi "Sülh çeşməsi" əməliyyatı haqda deyib.

"Dünyanın imperatoru olduğunu zənn edən ölkə tərəfindən gələn təhdidlərə əhəmiyyət vermək lazım deyil. Biz hər zaman Türkiyənin yanında olacağıq. Harada olmasından asılı olmayaraq, terrora qarşı mübarizə aparacağıq", - səfir bildirib.

X.Reyes həmçinin Prezident Ərdoğana türkcə təşəkkür edib.


Müəllif: Mənbə/Axar.az