14 Oktyabr 2019 13:33
1 536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Xarici İşlər Nazirliyi Krımdan olan “deputatlar” Natalya Poklonskaya və Ruslan Balbekin yer aldığı Rusiya nümayəndə heyətinin Ankaraya səfəri ilə əlaqədar qarşı tərəfə nota verib.

Teleqraf.com xəbər verir ki, Türkiyənin Ukraynadakı səfiri bu məqsədlə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Ukrayna XİN-in yaydığı açıqlamada bildirilib:

“Prezident Rəcəb Tayyib Ərdoğanın Ukraynanın işgal altındakı ərazilərində qanunsuz yolla seçilmiş siyasətçilərlə görüşməsi narahatlıq yaradır. Ukrayna məsələ ilə əlaqədar Türkiyəyə etiraz notası göndərib. Türkiyə Respublikasının Kiyevdəki səfiri Xatici İşlər Nazirliyinə çağırılıb”.


Müəllif: Mənsur Rəğbətoğlu