15 Oktyabr 2019 00:56
420
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu il iqtisadiyyat üzrə Nobel mükafatının qaliblərinin adları açıqlanıb.

Teleqraf.com xəbər verir ki, mükafat Abhijit Banerje, Ester Duflo və Maykl Kremerə qlobal yoxsulluğun azaldılması istiqamətində işlərinə görə təqdim olunub.

“2019-cu il iqtisadiyyat elmləri üzrə laureatların apardığı tədqiqat bizim qlobal yoxsulluqla mübarizə qabiliyyətimizi xeyli dərəcədə yaxşılaşdırıb”, Akademiya mükafat qaliblərinin adlarını açıqlayarkən bildirib.

Bu mükafat əvvəllər Alfred Nobelin xatirəsinə İqtisadiyyat Elmləri üzrə Sveriges Riksbank Mükafatı adlanırdı.

Akademiyanın açıqladığı bəyanatda deyilir ki, iyirmi il ərzində onların təcrübəyə əsaslanan yanaşması inkişaf iqtisadiyyatında dəyişiklik yaradıb və hazırda çiçəklənən tədqiqat sahəsinə çevrilib.


Müəllif: Teleqraf.com