15 Oktyabr 2019 17:03
1 009
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsədlə terrorçu YPG arasında anlaşma Suriyada Rusiyanın Xmeymim bazasında əldə edilib.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya dövlət başçısının Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

Xüsusi nümayəndə əlavə edib ki, YPG ilə Dəməşq arasında vasitəçi Rusiya olub.

“Röyter” agentliyi bildirir ki, xüsusi nümayəndə Türkiyənin şimali Suriyada keçirdiyi əməliyyat haqqında “qəbul edilməzdir” ifadəsini işlədib.

O həmçinin deyib ki, Türkiyənin həyata keçirdiyi əməliyyatlara Rusiyanın razılıq verməsi şəklində təqdim edilməsi həqiqəti əks etdirmir.


Müəllif: Cavad