15 Oktyabr 2019 18:26
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada “Quran” kursunun keçirildiyi bir binada zəncirlənərək saxlanılan 67 nəfər xilas edilib.

Teleqraf.com xəbər verir ki, Nigeriya polisinin hadisə ilə əlaqədar yaydığı məlumatda xilas edilən insanların təhqirlərə və işgəncələrə məruz qaldığı bildirilib.

Məlumatda zərərçəkənlərin əksəriyyətinin qonşu ölkə Nigerdən gəldiyi vurğulanıb.

Girov saxlanılanlar arasında olan 33 yaşlı Laval Əhməd binada cinsi zorakılıq və işgəncəyə məruz qaldığını, o cümlədən bir neçə nəfərin öldürülməsinə şahidlik etdiyini deyib.

Polis 78 yaşlı bir nəfəri girov götürmə ittihamı ilə həbs edib.

Bundan əvvəl anoloji hal Kaduna şəhərində baş vermişdi. “Quran” kurslarının keçirildiyi bir binada girov saxlanılan 500 nəfər xilas edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu