18 Oktyabr 2019 14:21
2 107
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Türkiyəyə Suriyanın şimalında əməliyyatlara “yaşıl işıq” yandırmaqla, Yaxın Şərqdə güc balansını dəyişdirdi. Rusiya bundan ən çox faydalanan tərəfdir”.

Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.

Məqalədə bildirilib ki, hazırda Rusiya Prezidenti Vladimir Putin Suriyadakı əvəzolunmaz strateji arbitrdir:

“Dağılan şahmat lövhəsindəki fiqurlardan heç biri Putinin əli olmadan hərəkət edə bilməz. Bəşər Əsəd rejimi sağ qaldığına görə 2015-ci ilin sentyabrında Moskvanın hava müdaxiləsinə borcludur”.

Nəşrə danışan amerikalı politoloq Conatan Sapyer hesab edir ki, Türkiyə Suriyanın şimalında əməliyyatları davam etdirməklə Rusiyadan asılı vəziyyətə düşəcək:

“Rusların Türkiyənin əməliyyatı barədə əvvəlcədən məlumatlı olduğu məlum deyil. Ancaq Amerikanın geri çəkilməsi və bundan sonra kürdlərin Əsədlə əməkdaşlığa başlaması, Moskva üçün xoş sürpriz oldu. Rusiya indi həqiqi bir hakim kimi çətin bir vəzifə ilə üzləşir və Əsədlə müharibə vəziyyətində olan türklərlə ehtiyatlı olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu