19 Oktyabr 2019 14:33
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan BMT-nin İnsan Hüquqları Şurasına üzv seçilib. Onların baş naziri isə deyir ki, bu, Ermənistanın insan hüquqlarına hörmət etməsinə görə dövlətlərin etimadının nəticəsidir”.

Teleqraf.com xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov deyib.

Onun sözlərinə görə, şuraya üzvlük məsələsi bu qurumda rotasiya sistemi üzrə müəyyən olunur, yəni bu, sırf Ermənistan üçün nəzərdə tutulmuş imtiyaz deyil:

“Hər qitə üzrə müəyyən olunan kvota var. Məsələn, Afrikanın kvotası üzrə yalnız Afrika ölkələri seçilə bilər. Necə ki, seçilib. Hazırda Ermənistanla yanaşı Somali və Nigeriya da dünyada insan hüquqlarının bərqərar olmasına səy göstərir. Dünyanın o biri hissələrindən də maraqlı ölkələr var. Məsələn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İraq, Qətər, Kuba, Banqladeş, Ruanda və s.

Qeyd edim ki, Azərbaycan şuranın ilk tərkibinə seçilən 47 dövlətdən biri olub və 2006-2009-cu illərdə BMT İnsan Hüquqları Şurasında təmsil olunub”.


Müəllif: Mənsur Rəğbətoğlu