22 Oktyabr 2019 12:50
935
12 Punto 14 Punto 16 Punto 18 Punto

“2200 kilometrlik ərazi terrorçulardan təmizlənib, bu gecə saat 22:00-da müddət bitir. ABŞ verdiyi vədləri yerinə yetirməsə, əməliyyatlar daha inamlı şəkildə davam etdiriləcək”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiyaya səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan səfərdən əvvəl hava limanında jurnalistlərin Suriya əməliyyatları ilə bağlı suallarını cavablandırıb:

“Bu günədək yolumuza necə qərarlı formada davam etmişiksə, indi də edəcəyik. Hazırda terrorçuların geri çəkilməsi prosesi davam edir. Onların hamısı geri çəkiləcək, biz prosesi təqib edirik”.

Ərdoğan İranın Suriya əməliyyatları ilə bağlı etirazlarına da münasibət bildirib: “İrandan gələn bəzi açıqlamalar məni ciddi mənada məyus edir. Nüvə silahı məsələsində biz İranın yanında olduq. Ruhaninin gərginlik yaradan səsləri susdurması lazımdır. Biz Soçi müzakirələrində tərəfdaş ölkəyik. Bu prosesdə bir-birinə xəyanət etmək olarmı?”

Türkiyə prezidenti Soçiyə səfəri çərçivəsində rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.


Müəllif: Mənsur Rəğbətoğlu