17 Sentyabr 2014 16:29
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Qəzza Zolağının yenidən qurulması üçün sövdələşmə əldə edib.

Teleqraf.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Orta Şərq üzrə yüksək rütbəli nümayəndəsi Robert Serry deyib. O bildirib ki, bunun həyata keçirilməsində isə Fələstin rəhbərliyinin və özəl sektorun nüfuzlu rolu olacaq.

Onun sözlərinə görə, İsrail və Fələstin ilə razılaşdırılmış sövdələşmə, tikinti işlərinin dərhal başlamasına yol açır.

Yay aylarında kəskinləşən münaqişə nəticəsində bir çox bina uçurulub.
BMT-yə əsasən Qəzzada təxminən 100 000 adam evsiz qalıb, 65 000-dən çox adam BMT-nin təşkil etdiyi sığınacaqlarda qalır.

İyulun 8-dən avqustun 27-dək Qəzzada 2100-dən artıq fələstinli həlak olub. Həmin vaxt ərzində İsrail tərəfindən 66 əsgər və yeddi mülki şəxs öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər