“Parlamentar sistem atanı oğula, oğulu ataya düşmən edən sistemdir. Xalq baş nazirlə prezidentin mübahisələrindən yorulmuşdu. Prezident idarəetmə sistemində isə qərarlar daha tez verilir və icra olunur”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin keçmiş baş naziri Binəli Yıldırım deyib.
Yıldırım baş nazir postundan könüllü şəkildə getdiyini bildirib:
“Məni həmişə tənqid edirdilər. Deyirdilər ki, sən necə insansan ki, vəzifə üçün özünü doğrayırsan. Amma mən vəzifədən imtina edirəmsə, demək ki, bu xalq üçün daha yaxşı olacaq”.
Keçmiş baş nazir prezident idarəetmə sisteminin Türkiyənin təhlükəsizliyi üçün ən uğurlu sistem olduğunu bildirib.