2 Noyabr 2019 11:57
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Terrorçu Məzlum Kobanini Vaşinqtona dəvət edənlər ABŞ-Türkiyə münasibətlərinə zərər verməklə yanaşı, Amerika qanunvericiliyinə görə də cinayətə yol verirlər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin rabitə naziri Fəxrəddin Altun deyib.

Altun Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatının lideri Məzlum Kobaninin (Fərhad Abdi Şahin) İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan terrorçu olduğunu xatırladıb:

“Fərhad Abdi Şahini Vaşinqtona çağıranlar terrorizmi qanuni pilləyə qaldırırlar. Arxasında kim dayanır-dayansın, terrorizmlə mübarizəni davam etdirəcəyik”.

Türk nazir Məzlum Kobaninin ABŞ-da “qəhrəman” elan edildiyini bildirib:

“Amerikanın bu terror təşkilatına verdiyi dəstəmk öz tarixinə qara ləkə kimi yazılacaq. ABŞ Konqresi bu dəvəti bir daha nəzərdən keçirməli və PKK terrorunun qurbanlarının ailələrindən üzr istəməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər