ABŞ-ın Demokratlar partiyasından prezidentliyə namizəd olan Beto Oruk 2020-ci ildə keçiriləcək seçkilərdə iştirakdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə siyasətçinin özü açıqlama verib.
ABŞ Prezidenti Donald Tramp isə Beto Orukun qərarına ironik münasibət bildirib. Ağ Ev rəhbəri bu barədə Tvitter hesabında yazıb:
“Təəssüf! Beto yarışdan çəkildi, halbuki prezident olmaq üçün doğulduğunu demişdi. Belə olduğunu düşünmürəm”.
Demokratların ən güclü namizədinin keçmiş vitse-prezident Co Bayden olduğu ehtimal edilir. Lakin sonuncu anket-sorğuların nəticələri senator Elizabet Varrenin Baydenlə aradakı fərqi bərabərləşdirmək üzrə olduğunu göstərir.