4 Noyabr 2019 16:39
1 499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fars mədəni fəal Möhsün Rəsuli güney azərbaycanlıların “Traktor”-“İstiqlal” qarşılaşmasında müstəqillik şüarları səsləndirməsini şərh edib.

Teleqraf.com xəbər verir ki, tanınmış fəal bu barədə özünün Feysbuk səhifəsində yazıb.

Möhsün Rəsuli qeyri-fars millətlərinin mütəqillik tələb etməsini onların məruz qaldığı repressiyalar, dillərinin qadağan edilməsi və kimliklərinin inkar olunması ilə əlaqələndirib:

“Fars dilində danışmayanların tarix və kimliyini inkar etdik. Ölkə əhalisinin yarıdan çoxunun dilini qadağan etdik. Kimliyini müdafiə edən hər kəsi “separatçı” adı ilə repressiyaya məruz qoyduq, bərbərlik istəyənlərə “pan” damğası vurduq.

Biz illərdir ki, bir-birimizdən uzaqlaşırıq, belə getsə, bir gün üz-üzə qalacağıq. O zaman biz həmrəyliyi pozduğumuza görə peşman olacağıq”.

Noyabrın 1-də Təbrizdə “Traktor” futbol klubu ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən görüşdə arenada milli şüarlar səsləndirilib və İran hakimiyyətindən müstəqillik tələb edən banner nümayiş etdirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər